Dünyanın ən təhlükəsiz avtomobili

09.10.2018 İKT
"Tesla" öz elektrik avtomobillərini dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsi adlandırıb.

"Kommersant.az" xəbər verir ki, "Model 3" seriyalı elektrik avtomobillərin sürücüsünün və sərnişinlərinin yol nəqliyyat hadisələri zamanı xəsarət alma ehtimalının 6% olduğu bildirilir. Avtomobil istehsalçısı olan "Tesla" məlumatı ABŞ yollarında təhlükəsizliyə mill nəzarət reytinqinə (NHTSA) əsasən verib.

Xatırladaq ki, NHTSA bir müddət əvvəl elektrik sedana təhlükəsizlik üzrə 5 ulduz dəyərini verib. Ekspertlər avtomobilin keyfiyyətini bu ilin martında ABŞ-da "Model 3"ün iştirakı ilə baş verən yol qəzasına uyğun şəkildə qiymətləndiriblər.