Türkiyə kartof-soğan idxal edəcək

21.06.2018 Aqrar
Türkiyənin İqtisadiyyat naziri qiymətləri aşağı salmaq üçün kartof və soğan idxal edəcəklərini açıqlayıb.

"Kommersant" xəbər verir ki, nazir Nihat Zeybekci son günlər qiyməti sürətlə yüksələn soğan və kartofda idxala icazə verəcəklərini açıqlayıb.

Açıqlamalar verən Zeybekci, "Birinci prioritetimiz inflyasiya ilə mübarixədir" - deyib.

Soğan və kartof qiymətində artıma toxunan Zeybekci, "İnflyasiya ilə mübarizədə çox güclü addımlarımız olacaq. Soğan-kartof qiymətlərində həddindən artıq oynaqlıq görürük. Mövzu ilə bağlı müdaxiləmiz başladı. Bu məhsulların idxalına imkan verəcəyik. Soğan və kartofun Türkiyəyə girəcəyi miqdar və ölkə bəllidir. Soğan, kartof qiymətində spekulyasiyaya yol vermərik",- deyib.