USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Finca Azərbaycan” yalan reklamlar yayaraq vətəndaşları aldadır - FOTO

16.03.2026 İqtisadiyyat
0 0
Sözügedən Bank Olmayan Kredit Təşkilatı (BOKT) ölkə başçısının adından bilavasitə istifadə edərək vətəndaşları aldadır. Bəli, buna birbaşa aldadır deyə bilərik. Çünki lisenziyasına görə BOKT kimi fəaliyyət göstərən “Finca Azərbaycan” sosial şəbəkələrdə özünü “Finca Bank” kimi təqdim edir. Hansı ki, BOKT-un bank kimi fəaliyyət göstərməsinə lisenziya verilməyib.

Kommersant.az xəbər verir ki, sosial şəbəkədə “Finca Bank” adlı hesabla ödənişli reklam edən BOKT videolarında “sərəncam imzalandı", “adı qara siyahıda olanlar bizə müraciət edə bilər” başlıqlı videolar paylaşır. Guya ölkə başçısı bununla bağlı xüsusi sərəncam imzalayıbmış kimi vətəndaşları aldatmağa cəhd edir. Sərəncam adətən ölkə başçısı və ya baş nazir tərəfindən imzalanır. Bu halda "aldatmaq" ifadəsini rahatlıqla işlədə bilərik.

Reklamda da qeyd olunduğu kimi, bankda adı qara siyahıda olanlara BOKT-lar tərəfindən kreditlər verilir. Bu, bütün BOKT-lar üçün keçərlidir. Amma bunu xüsusi qeyd edərək guya “Finca Azərbaycan” üçün xüsusi sərəncam verilibmiş kimi reklam etmək ilk növbədə haqsız rəqabət, daha sonra isə vətəndaşları aldatmaq cəhdidir.

  • Əvvəlki

    Qızılın qiyməti fevraldan bəri ilk dəfə 5000 dollardan aşağı düşüb

Digər xəbərlər