USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyaya alma ixracı ilə bağlı məhdudiyyət ləğv edildi

19.12.2020 İqtisadiyyat
0 0
Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırdı.

"Kommersant.az" yerli KİV-ə istinadən xəbər verir ki, dekabrın 21-dən etibarən "TurAz" MMC, "Ran Fruit", "Əsədov Vaqif" müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.

Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.

Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.

Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.

  • Əvvəlki

    Neft qiymətləri martdan sonra ilk dəfə 52 dolları keçdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0