USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bal bahalaşa bilər

28.06.2018 İqtisadiyyat
0 0
İsmayıllıda arıçılıqla məşğul olan sahibkarlar may ayının balının götürülməsində həyəcan təbili çalır.

"Kommersant" xəbər verir ki, bu il arıçılar may ayında bol məhsuldarlıq gözləməsinə baxmayaraq, gözləntilərin doğrulmayacağından ehtiyat edirlər.

Artıq iyun ayının sonları olmasına baxmayaraq may balı hələlik toplanmayıb. Səbəb isə havaların uzun müddət yağmurlu keçməsi, ağacların və çiçəklərin tozlanmamasıdır.

Keçən il 200-300 kq bal əldə edən arıçı bu il məhsuldarlığın 80-100 kq-a enəcəyini düşünür. Xüsusi istilik sistemi vasitəsilə arıları qışdan yüksək səviyyədə çıxarmağı bacaran təsərrüfatçı nəticələrin qənaətbəxş olacağına ümid etmir.

Alxan İsmayılovun fikrincə, yalnız bəzi arı təsərrüfatlarında fərqli nəticə ola bilər. Məhsuldarlıq aşağı olması isə balın qiymətinə də öz təsirini göstərəcək. Keçən il 25 manata satılan balın qiyməti bu il 35 manat və daha yuxarı ola bilər. Havalar isti keçərsə may balının bu günlərdə toplanması gözlənilir.

ARB

  • Əvvəlki

    Yeni maliyyə mənbəyi yaranır

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0