USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kapital Bank” aktvlərini itirir

15.01.2026 Bank
0 0
“Kapital Bank” 2025-ci ilin dördüncü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın aktivlər cəmi 51 milyon 333 min manat azalaraq 11 milyard 320 milyon manata düşüb.

Kommersant.az xəbər verir ki, bu azalmanın səbəblərindən biri də bankın əlində olan nağd və bloklaşdırılmış vəsaiti itirməsi olub. Belə ki, bank sözügedən pullarda 89 milyon 228 min manatını əlində tuta bilməyərək 2 milyard 627 milyon manata salıb. Aktivlər cəminin daha da azalmasının qarşısını kredit verməkdə görən “Kapital Bank” sözügedən portfelini 208 milyon 778 min manat artıraraq 5 milyard 419 milyon manata yüksəldib.

Bankın verdiyi istehlak kreditləri 196 milyon 310 min manat artaraq 3 milyard 135 milyon manata, biznes kreditləri 26 milyon 790 min manat artaraq 1 milyard 693 milyon manata çatıb. Daşınmaz əmlak kreditlərini 1 il ərzində 14 milyon 322 min manat azaldaraq 590 milyon 987 min manata endirən “Kapital Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 63 milyon 951 min manat artıraraq 654 milyon 903 min manata yüksəldib. Nəticədə bankın müştərilərinə verdiyi xalis kreditlər4 milyard 765 milyon manat olub ki, bu da 2024-cü ilin son rübü ilə müqayisədə 144 milyon 828 min manat və ya 3.13 faiz çoxdur.