USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rabitə Bank mənfəətinin 28 faizini - İTİRİB

16.01.2026 Bank
0 0
“RabitəBank”ın xali mənfəəti 27.70 faiz və ya 3 milyon 520 min manat azalıb.

Kommersant.az xəbər verir ki, bankın faiz gəliri 2024-cü ilin sonu ilə müqayisədə 23 milyon 300 min manat artaraq 137 milyon 586 min manata,faiz xəcləri isə 13 milyon 916 min manat artaraq 57 milyon 905 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 79 milyon 680 min manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 9 milyon 383 min manat və ya 13.34 faiz çoxdur.

Qeyri-faiz gəlirini 4 milyon 411 min manat azaldaraq 48 milyon 561 min manata endirən “RabitəBank”ın qeyri-faiz xərcləri 2 milyon 423 min manat artaraq 100 milyon 558 min manata çatıb. Yekunda bankın əldə etdiyi əməliyyat mənfəəti 2 milyon 549 min manat artaraq 27 milyon 683 min manata çatıb.

“RabitəBank” 2025-ci ilin sonunda 11 milyon 331 min manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 3 milyon 520 min manat və ya 27.70 fai azdır.

RabitəBank

2025 (IV Rüb)

2024 (IV Rüb)

Fərq

Faiz Gəliri

137.586

114.286

23.300

Faiz Xərci

57.905

43.989

13.916

Xalis Faiz Gəliri/Zərəri

79.680

70.297

9.383

Qeyri-Faiz Gəliri

48.561

52.972

-4.411

Qeyri-Faiz Xərci

100.558

98.135

2.423

Əməliyyat Mənfəəti

27.683

25.134

2.549

Xalis Mənfəət

11.331

14.851

-3.520