USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qreen EAST" 160 hektarda çəltik əkib

04.08.2018 İqtisadiyyat
0 0
Ölkədə aqrar sahənin inkişafına və şaxələndirilməsinə töhfə verən təsərrüfatlardan biri də Lənkəranda yeni yaradılmış “Qreen EAST” MMC-dir.

Təsərrüfatın çəltikçiləri keçən il 100 hektar sahədən 400 tondan çox məhsul götürüblər. Bu il çəltik sahələri daha da genişləndirilərək 160 hektara çatdırılıb.

Sahələrdə keyfiyyətli çəltik yetişdirilir və məhsulun bol olacağı gözlənilir. Hazırda biçin üçün də ciddi hazırlıq işləri aparılır. Texnikaya baxış keçirilir. Biçinin yüksək səviyyədə başa çatması üçün əvvəlcədən lazımi tədbirlər görülür.

(c) Marja