USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın xarici ticarət dövriyyəsində 2,5 mlrd. dollarlıq müsbət saldo yaranıb

15.05.2018 Bank
0 0
2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub.

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsində "Kommersant.Az"a verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 6 894,6 mln. dollar, o cümlədən ixracın dəyəri 4 703,5 mln. dollar, idxalın dəyəri 2 191,1 mln. dollar təşkil edib, nəticədə 2 512,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9%, real ifadədə isə 6,3%, o cümlədən ixrac 5,3%, idxal 8,7% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 19,2%-ni İtaliyaya, 9,2%-ni İsrailə, 7,8%-ni Türkiyəyə, 6,2%ni Çexiyaya, 6,0%-ni İndoneziyaya, 5,6%-ni Almaniyaya, 5,1%-ni Avstriyaya, 4,9%-ni Kanadaya, 4,2%-ni Hindistana, 4,1%-ni Tayvana (Çinin əyaləti), hər biri 3,5% olmaqla Rusiya və ABŞ-a, 2,9%-ni Gürcüstana, 2,3%-ni Yunanıstana, qalan 15,5%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3%-i Rusiya, 14,3%-i Türkiyə, 10,0%-i Çin, 8,8%-i Almaniya, 4,8%-i ABŞ, 3,9%-i Ukrayna, 3,8%-i Belarus, 3,3%-i İtaliya, 2,8%-i İran, 2,3%-i Çexiya, 2,2%-i Qazaxıstan, 26,5%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-mart aylarında 356,4 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34,8%, real ifadədə isə 29,6% çoxdur.

2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 66,5%, meyvə və tərəvəz şirələri – 31,8%, meyvə və tərəvəz konservləri – 27,2%, təbii üzüm şərabları və üzüm suslosu – 2,1 dəfə, kartof – 2,1 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,2%, polietilen – 10,3%, qara metallardan borular – 15,6%, pambıq ipliyi – 19,0% artıb, təzə tərəvəz ixracı 1,5%, şəkər – 47,5%, tütün – 6,5%, çay – 5,4%, bitki yağları – 20,4%, emal olunmamış alüminium – 17,2%, pambıq lifi – 31,8%, bentonit gili – 18,6%, qara metallardan yarımfabrikatlar – 51,5% azalıb.

2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı 54,7%, bitki yağları – 37,3%, təzə meyvə – 51,5%, çay – 18,0%, mal əti – 29,8%, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 2,7 dəfə, mineral gübrələr – 2,4 dəfə, mebel – 2,1 dəfə, qara metallardan çubuqlar – 63,6%, rezin şinlər – 11,0%, hesablama maşınları, blok və qurğuları – 32,1%, polietilen – 59,4%, paltaryuyan maşınlar – 66,5%, yük avtomobilləri – 62,1%, sement və sement klinkerləri – 2,8 dəfə, məişət soyuducuları – 3,0 dəfə artmış, siqaret idxalı isə 13,8%, kərə yağı, digər süd yağları və pastaları – 5,4%, kartof – 10,3%, xam şəkər və şəkər – 78,6%, quş əti və onun əlavə məhsulları – 12,3%, təzə tərəvəz – 49,3%, polad prokatı – 2,3%, qara metallardan künclüklər ­– 6,1%, məişət kondisionerləri – 26,2%, avtobuslar – 24,0% azalıb.