USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək

15.05.2018 İqtisadiyyat
0 0
16-18 may tarixlərində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgiləri keçiriləcək.

16-18 may tarixlərində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgiləri keçiriləcək.

"Kommersant.Az" xəbər verir ki, sərgi ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, 24 il ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub.

Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Kənd təsərrüfatı nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov ötən il ilə müqayisədə bu il sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12% artım olduğunu bildirib: "Sərgidə dünyanın 34 ölkəsindən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edir".

"WorldFood Azerbaijan" sərgisində isə dünyanın 20 ölkəsini təmsil edən 207 şirkət geniş məhsul seçimi təqdim edir. Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərlə iştirak edirlər. Sərgidəki debütantların sayı tədbir iştirakçılarının 35%-ni təşkil edir.

  • Əvvəlki

    Sabahın - HAVA PROQNOZU

Digər xəbərlər