7 bankın öhdəliyində depozit portfelinin payı 70%-dən çoxdur

18.12.2018 Bank
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin öhdəliklərində depozit portfelinin payı 70%-dən çoxdur.

Həmin banklar "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Amrah Bank", "Kapital Bank", "Rabitəbank", "Bank Respublika" və "Premium Bank"dır.

Qalan 23 bankdan 12-də depozit portfelinin öhdəliklərə nisbəti 50-70% arasında, 9 bankda 30-50% arasında, 2 bankda isə 30%-dən azdır.

Hesabat tarixinə, bank sektoru üzrə orta nisbət isə 72,7% təşkil edib.

Bankın adı

Bankın öhdəliklərində

depozit portfelinin payı

1

PAŞA Bank

83,7%

2

Yapı Kredi Bank Azərbaycan

79,3%

3

Amrah Bank

78,0%

4

Kapital Bank

77,4%

5

Rabitəbank

74,7%

6

Bank Respublika

73,0%

7

Premium Bank

72,1%

8

Azərbaycan Sənaye Bankı

67,9%

9

Xalq Bank

61,7%

10

Unibank

61,7%

11

Express Bank

59,5%

12

Azər-Türk Bank

56,1%

13

Access Bank

55,5%

14

Muğan Bank

53,9%

15

Azərbaycan Beynəlxalq Bankı

53,1%

16

AFB Bank

52,5%

17

Nikoyl Bank

52,5%

18

Bank of Baku

52,1%

19

Atabank

51,8%

20

Turan Bank

49,3%

21

AGBank

---

22

Zıraat Bank Azərbaycan

40,6%

23

Günay Bank

40,2%

24

Naxçıvan Bank

39,0%

25

NBC Bank

37,4%

26

Bank BTB

36,6%

27

Bank VTB Azərbaycan

34,4%

28

Bank Avrasiya

32,6%

29

İran Milli Bankı - Bakı

7,7%

30

Pakistan Milli Bankı - Bakı

4,6%

Orta hesabla

72,7%

renkinq