Xəbər verdiyimiz kimi, 2019 –cu ildən etibarən Qeyri neft-qaz və özəl sektor işləyənlərin vergi xərcləri azalıb. Buna görə də 2018 və 2019-cu illərin vergi hesablamasını cədvəl və yazılı formada təqdim edirik.
"Kommersant.az" 2019-ci il üzrə hesablamanın alqoritmini təqdim edir:
Vergiyə cəlb olunan məbləğ = Hesablanan aylıq əmək haqqı - Güzəşt
Gəlir vergisi:
Vergiyə cəlb olunan məbləğ 8000-gədər olduqda: 0 manat
Vergiyə cəlb olunan məbləğ 8000-yuxarı olduqda: Vergiyə cəlb olunan məbləğ *14%
DSMF ayırmaları:
Əmək haqqı 200-gədər olduqda: Hesablanan aylıq əmək haqqı * 3%
Əmək haqqı 200-yuxarı olduqda: 6 + (Hesablanan aylıq əmək haqqı-200) * 10%
İşsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı * 0.5%
Həmkarlar təşkilatına üzvlük haqqı = Hesablanan aylıq əmək haqqı * x%:
Yekun ödəniləcək məbləğ = Hesablanan əmək haqqı - Gəlir vergisi - DSMF ayırmaları - İşsizlikdən sığorta haqqı - Həmkarlar təşkilatına üzvlük haqqı
Hesablama Qaydası
2018-ci il
2019-cu il
Hesablanan aylıq əmək haqqı:
1.000 Manat
1.000 Manat
Vergiyə cəlb olunan məbləğ:
1.000 Manat
1.000 Manat
Gəlir vergisi:
- 115.78
0
DSMF ayırmaları:
- 30
- 86
İşsizlikdən sığorta haqqı:
- 5
- 5
Yekun alınan maaş :
839.22
843
Qeyd edək ki, hesablama 1.000 manat üzərindən hesablanıb.
"Kommersant.az"ın facebook səhifəsindən və ya 051-515-51-41 "whatsapp" nömrəsindən yazaraq maaşınızdan dəqiq vergi tutulmalarını öyrənə bilərsiniz.