Prezident İlham Əliyev Azərbaycanın 2019-cu il dövlət büdcəsini təsdiqləyib

22.12.2018 Bank
Dövlət başçısı "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanunu imzalayıb.

"Kommersant.az" xəbər verir ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 milyard 429 milyon 234 min manat, yerli gəlirləri 738 milyon 766 min manat, mərkəzləşdirilmiş xərcləri 24 milyard 347 milyon 188 min manat, yerli xərcləri 842 milyon 812 min manat) məbləğində təsdiq edilib.

Qeyd edək ki, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.