USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan şirkət və fərdi sahibkarlara Yeni il müjdəsi

07.01.2019 Bank
0 0
Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bankkorporativ müştərilər və fərdi sahibkarlar üçün Yeni il münasibətilə kampaniyaya başlayıb.

"Kommersant.az" xəbər verir ki, kampaniyanın şərtlərinə uyğun olaraq Bankda yeni korporativ müştərilər üçün cari hesablar ödənişsiz açılacaqdır. Kampaniya ərzində Azər Türk Bankla əməkhaqqı layihəsi çərçivəsində əməkdaşlığa başlayan təşkilatlara işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcəkdir.

Eləcə də fərdi sahibkar olan müştərilər Azər Türk Bankda cari hesablarını ödənişsiz aça biləcəklər. Bu müştərilərə də işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən pulsuz veriləcəkdir. Bundan əlavə,kampaniya müddətində cari hesab açan fərdi sahibkarlara bütün bank əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan verən Sahibkar Kartı hədiyyə edilir.

Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əmək haqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz və ya komissiya tutulmur.

Kampaniya 31 yanvar 2019-cu iltarixinədəkdavamedəcəkdir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.