USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağd dollar satışı artıb

12.03.2019 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

"Kommersant.az" bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2019-cu ilin yanvar ayında banklar tərəfindən nağd 163 milyon 671 min dollar alınıb, 299 milyon 627 min dollar satılıb. Ötən ilin yanvar ayında banklar tərəfindən 195 milyon 667 min dollar alınıb, 162 milyon 487 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin Yanvar ayında dolların alışı azalıb, satışı isə artıb.

Ötən ilin Dekabr ayı ilə müqayisədə isə Yanvarda Dolların alışı və satışı azalıb. Dekabr ayında alış 173 milyon 328 min dollar, satış 584 milyon 218 min dollar təşkil etmişdi. Adətən Azərbaycanda Aprel, Avqust və Dekabrda Dollara tələb artır.

Yanvar ayında banklar tərəfindən 29 milyon 675 min avro alınıb, 59 milyon 408 min avro satılıb.