Mərkəzi Bankın depozit hərracı yekunlaşıb

27.03.2019 Bank
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.

27.03.2019-cu il tarixində AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 849,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdir.

Xatırladaq ki, bu hərracda 350 mln. manat cəlb etməyi planlanmışdı.