İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 ABŞ dolları və ya 0,71% azalaraq 71,46 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,43 dollar və ya 0,62% ucuzlaşaraq 68,93 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,51 dollar və ya 3,82% azalaraq 37,98 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,54 dollar və ya 0,76% azalaraq 70,79 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.