USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kompensasiya ilə bağlı kimə SMS gəlməyibsə... - Banklar Assosiyasının Sədri

23.04.2019 Bank
0 0
“Bütün müştərilərə birmənalı şəkildə banklar tərəfindən SMS artıq göndərilib. Əgər vətəndaşın adı bu və ya digır şəkildə siyahıda yoxdursa, o, ilk növbədə, öz bankına müraciət etməlidir”.

"Kommersant.az" xəbər verir ki, bunu Banklar Assosiyasının sədri Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.Onun sözlərinə görə, əgər müştərinin adı siyahıda varsa, ola bilsin ki onun mövcud olan telefon nömrəsi və ya email adresi dəyişib: “Bu zaman həmin şəxsə SMS çatmaya bilər. Əgər 2015- ci ildən sonra vətəndaşımız bankla təmasda olmayıbsa, o zaman bankda olan telefon və ya əlaqə nömrəsindən istifadə edərək ona məlumatlar göndərilir. Ancaq SMS gəlməyibsə, özünün kredit aldığı bankın filialına yaxınlaşmaqla, yaxud elektron portala daxil olmaqla haqqında olan məlumatı müştəri götürə bilər”.