USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yapı Kredi Bank Azərbaycan-da kompensasiya ödənişləridavam edir!

25.04.2019 Bank
0 0
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların köçürülməsinə bu həftədən etibarən başlanmışdır.

Yapı Kredi Bank Azərbaycan müştərilərinin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək məqsədilə onlara öncədən SMS vasitəsilə məlumatlar göndərmişdir. Ünvanlanan SMS-də müştərilərin əldə edəcəyi kompensasiya məbləği, yaxınlaşmalı olduğu filial və tarix barədə məlumatlar yer alıb. Kompensasiyasını almaq üçün filiallara yaxınlaşan müştərilərin etibarlı şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.

Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

Onu da əlavə edək ki, kompensasiyaların ödənişi prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə müvafiq olaraq Yapı Kredi Bank Azərbaycan-da yaradılmış İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarındakı məsul əməkdaşlarımıza, *0444 Telefon Mərkəzinə və ya (012) 4977714 qaynar xəttinə ünvanlaya bilərlər.

#YapiKrediBankAzerbaycan #kompensasiyaodenishi