USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PAŞA Holding”də yeni təyinat: Bankir yüksək vəzifəyə gətirildi

07.05.2019 Bank
0 0
“PAŞA Holdinq” MMC-nin Makroiqtisadi Tədqiqatlar Departamentinə yeni direktor təyin edilin.

"Kommersant.az" xəbər verir ki, bu barədə Banker.az saytının Holdinqə yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.

Direktor təyin olunmuş şəxs fəlsəfə elmlər doktoru (PhD) Elman Eminovdur. O işinin icrasına ötən aydan başlayıb.

Elman Eminov PAŞA Holdinq-in heyətinə 2015-ci ilin iyulunda qatılıb. O, buna qədər elə məhz holdinqin əsas səhimdarı olduğu “Kapital Bank” ASC və “PAŞA Bank” ASC-də çalışıb. Hər iki bankda Risk Komitəsinin üzvü olub.

Eminovun həmçinin Azərbaycan Mərkəzi Bankında (2008-2014) da çalışıb.