Azərbaycan bankları 1,7 milyard manat kredit verib

16.05.2019 Bank
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan bankları 1,7 milyard manat kredit verib.

"Kommersant.az"-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifələrini icra edən İbrahim Alışov “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O, ümumilikdə bazarda vəziyyətin yaxşılaşmasını və dollarlaşmanın azalmasını qeyd edib.

İ.Alışov onu da bildirib ki, fəaliyyətə başladağı müddətdən Palata 1,8 milyard manatdan çox kapital inyeksiyası edib ki, bunlardan 120 milyon manatı bu ilin ilk üç ayına düşüb.

O bildirib ki, bank sektorunun kapitalının adekvatlığı normativ göstəriciləri üstələyir və 20,2 faiz təşkil edir. Palata rəsmisinin sözlərinə görə, bu, sektorun dayanıqlılığının göstəricisidir.