Azərbaycanda Bank müştərilərinin bank xidmətlərindən istifadəsinin mart ayı üzrə şikayət indeksi məlum olub.
Kommersant.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 21 bank arasında ən çox şikayət olunan "Express Bank" olub. Mərkəzi Bankın məlumatına görə, sözügedən bank 2.64 indekslə siyahıda ilk pillədə dayanıb. Yeganə qırmızı göstərici elə bu banka aid olub. Siyahıda 2.16 indekslə "Azər-Türk Bank" ikinci sırada, 1.80 göstərici ilə "Yelo Bank" üçüncü sırada qərarlaşıb.