USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AGBank ASC 62-ci ATM-ni istifadəyə verdi!

22.05.2019 Bank
1 0
Azərbaycanın aparıcı banklarından olan AGBank ASC yeni, sayca artıq 62-ci bankomatını istifadəyə verib.

"Kommersant.az" xəbər verir ki, bankomat Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rasim Ocaqov küçəsində, Bilgəh Kardioloji Sanatoriyasının önündə müştərilərin ixtiyarına verilmişdir.

Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb və hazırda 62 ATM ilə müştərilərinə xidmət verir. Bankın mühüm prioritetlərindən biri - fəaliyyət coğrafiyasını və hazırda Bakı və regionlarda 18 filial, 1 şöbə vəçoxsaylı bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

AGBank. Zəngin olmaq-haqqınızdır!