Bank VTB (Azərbaycan) ASC tender elan edir

22.05.2019 Bank
Bank VTB (Azərbaycan) ASC «Imperva v1000 Application Firewall Virtual Appliance» proqram təminatı lisenziyasının alınması ilə bağlı tender elan edir.

"Kommersant.az" xəbər verir ki, tender sənədləri ilə Bankın Xətai prospekti, 38, MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 03 iyun 2019-ci il saat 15:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsi.

Əlaqələndiricişəxs:

Farana Heydarova

Telefon: 012 492-00-80 (daxilinömrə 1163)

Faks: 012 437-71-21

Mob.: 055 862-41-53