USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı rekord qıracaq - cəmi 100 bilet qaldı

29.05.2019 Bank
0 0
Bu gün Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq.
"Kommersant.az" xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın Banker.az-a verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir. Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada İtaliyanın "Parma" və "Latsio" komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib. Qeyd edək ki, matç saat 23:00-da başlanacaq.