"Bank VTB Azərbaycan" öhdəliyini uğurla yerinə yetirib - SƏDR

29.05.2019 Bank
Bu gün "Bank VTB Azərbaycan"da mətbuat konfransı keçirilib.

"Kommersant.az" xəbər verir ki, bankın idarə heyətinin sədri Yevgeni Kirinin mətbuat konfransında problemli kreditlər üzrə kompensasiyaların ödənişinin başa çatdığını bildirib. Kirinin prosesin may ayının 25-də tamamlandığını, bundan sonra isə ölkə başçısının fərmanına əsasən problemli kreditlərin restrukturizasiyasına başlanacağını əlavə edib.

İdarə heyətinin sədri qeyd edib ki, kompensasiyaların 90%-i müştərilərin birbaşa özünə ödənilib, geri qalan 10%-in isə pulu bank hesablarına köçürülüb. Kirinin müştərilərə müraciət ünvanlayaraq hesablarındakı pulları istənilən vaxt götürə biləcəklərini söyləyib.

Yevgeni Krinin açıqlamasında onu da bildirib ki, bank son 2 ildə problemli kreditləri 90 milyon manata qədər azaldıb:

"Təkcə bu ilin birinci rübündə 6 milyon manat problemli kredit həll olunub. Ümumiyyətlə, 2017-ci ildən indiyədək isə 90 milyon manata yaxın problemli krediti minimuma endirmişik".

Bank rəhbəri bildirib ki, problemli kreditlərin böyük hissəsi şirkətlərin payına düşür.