USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Depozit portfeli manat, rubl, dollar... - "Bank VTB Azərbaycan"

29.05.2019 Bank
0 0
Bank sədri Azərbaycanda mövcud olan əmanətlərin sığortalanması sistemindən narazıdır.

"Kommersant.az" xəbər verir ki, "Bank VTB Azərbaycan"da keçirilən mətbuat konfarnsında müxtəlif məsələlərə toxunan bankın idarə heyətinin sədri Yevgeni Kirinin ölkədə mövcud olan əmanətlərin sığortalanmasının faiz dərəcələrindən narazılığını ifadə edib:

"Əmanətlərin sığortalanma dərəcəsinə limit qoyulsa, daha yaxşı olar. Hazırki sistem devalvasiya dövrü üçün məqsədəuyğun olsa da, bugünki iqtisadi sabitlik, canlanma bu sahədə də dəyişikliklər tələb edir. Hazırda depozitlər üzrə faiz dərəcələri 10%-dən, yəni fondun limitindən da aşağıdır, amma artıq klassik dünya prinsipinə keçməyin vaxtıdır".

Kirinin onu da əlavə edib ki, "Bank VTB Azərbaycan"ın depozit portfeli manat, rubl, dollar üzrə sıralama aparır. Yəni, bank rubla dollardan daha çox önəm verir.