USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB (Azərbaycan) ödəniş kartlar üzrə aksiyanın müddətini uzadıb

27.06.2019 Bank
0 0
Bank VTB (Azərbaycan) VisaPlatinumpremium kartı üzrə xüsusi aksiyaya davam edir.

Belə ki, 31 dekabr 2019-cu il tarixinədək VisaPlatinum kartını VisaClassic qiymətinə əldə etmək mümkündür. Bu müddət ərzində kart üzrə xidmət haqqı bir il üçün 15 manat, 3 il üçün- 25 manat təşkil edir.

Bank VTB (Azərbaycan) VİsaPlatinum kart sahibləri dünyanın bir sıra restoran, mağaza, hava limanı, otellərində kartla ödəniş zamanı çoxsaylı imtiyazlardan istifadə edə bilər. Belə ki, “Dünyanı kəşf etmək sənin genindədir” adlı yeni təklif çərçivəsində VisaPlatinum sahibləri Lounge Key proqramı üzrə hava limanlarının 1000-dən çox biznes zallarına ildə iki dəfə pulsuz giriş əldə edir.

Bundan başqa, onlara xaricdə avtomobil icarəsi zamanı endirimlər, eləcə də VisaLuxury Hotel Collection proqramı üzrə 900-dən çox otellərdə eksklüziv xidmət təklif olunur. Kart üzrə xidmətlər barədə ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.