25 may 2018-ci il tarixdə “Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir.
"Kommersat.Az" xəbər verir ki, birjanın yaydığı məlumata görə, iclasın davamında 2017-ci ilin nəticələri üzrə "Bakı Fond Birjası" QSC-nin illik hesabatı təsdiq edilmiş və gündəliyə uyğun olaraq digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Müzakirə edilən məsələlər barədə məlumatlar açıqlanmayıb.