USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Fond Birjasının rəhbərliyində dəyişiklik - Yeni üzvlər seçildi

02.07.2019 Bank
0 0
“Xalq Bank” və “Rabitəbank” təmsilçiləri dəyişib.
ASC "Xalq Bank"ı təmsil edən Seyfəddin İbayev, Bakı Fond Birjasında Müşahidə Şurasına üzv seçilib. "Kommersant.az" "Banker.az"a istinadən xəbər verir ki, o bu vəzifədə "Xalq Bank"ın Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən İsmayılov-u əvəz edib. Bildirək ki, Seyfəddin İbayev "Xalq Bank"da Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icraçısı kimi təyin olunub. Digər üzv kimi isə "Rabitəbank" ASC-ni təmsil edən Samir Rzayev üzvlükdən çıxarılıb, yerinə MŞ üzvü kimi Binnət Novruzov təyin olunub. Xatırladaq ki, BFB-nin Müşahidə Şurasına "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini olan Yaşar Məmmədov sədirlik edir.