USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital Bank"ın bütün maliyyə göstəriciləri artıb - HESABAT

17.07.2019 Bank
0 0
"Kapital Bank" 2019-cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Bankın hesabatına görə 2019 -cu ilin ikinci rübündə bankın bütün maliyyə göstəricilərində artım müşahidə olunub.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 89 mln. 792 min manat artaraq 3 mlrd. 663 mln. 211 min manata çatıb. Bankıın cəmi öhdəlikləri isə 1 mln. 813 min manat azalaraq 3 mlrd. 299 mln. 319 min manata enib. "Kapital Bank"ın cəmi kapitalı 91 mln. 605 min manat artaraq 363 mln. 892 min manata bərabər olub.

KREDİT VƏ DEPOZİT KƏSKİN ARTIB

"Kapital Bank"ın müştərilərə verdiyi kreditlərin həcmi 330 mln. 898 min manat artaraq 1 mlrd. 649 mln. 275 min manata, müştərilərin depoziti isə 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 43 mln. 664 min manat artaraq 2 mlrd. 865 mln. 173 min manata çatıb.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB

"Kapital Bank"ın xalis faiz gəlirləri 157 mln. 923 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 46 mln. 81 min manat çox), qeyri-faiz gəliri 76 mln. 137 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 5 mln. 562 min manat çox), qeyri-faiz xərci 96 mln. 632 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 21 mln. 91 min manat çox) olub. Buna görə də 2019-cu ilin 2-ci rübündə bankın əməliyyat mənfəəti 137 mln. 430 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 mln. 451 min manat çoxdur.

Bankın xalis mənfəəti 2018-ci ilin analoji dövrü ilə müqayisədə 31 mln. 519 min manat artaraq 73 mln. 192 min manata çatıb.

"Kapital Bank"ın məcmu kapitalı 2018-ci ilinn ikinci rübü ilə müqayisədə 80,4 mln. manat artaraq 327,6 min manat olub.