USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ATB Bankdan yeni layihə - Yay Təcrübə Məktəbi fəaliyyətə başladı

25.07.2019 Bank
0 0
Hər zaman təhsilə və gənclərin inkişafına dəstək olan ATB Bank bu dəfə də iqtisad, riyaziyyat və fizika, kibernetika istiqamətli fakultələrin sonuncu kurs tələbələri üçün 1 aylıq təcrübə proqramı keçmək şansı yaradıb.

"Kommersant.az" xəbər verir ki, daxil olan 200-dən çox müraciətlər arasında 10 nəfər tələbə seçilmişdir. Tələbələr təlim sessiyalarında iştirak edib Bankın fərqli departamentləri və filiallarında təcrübə proqramları keçəcək, təqaüd və sertifikatla təmin ediləcəklər. Eləcə də, çalışqanlığı ilə seçilən tələbələr ATB Bankda karyera qurmaq şansı əldə edəcəklər.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.