USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda orta aylıq nominal əməkhaqqı 9%-ə yaxın artıb

10.03.2026 İqtisadiyyat
0 0
2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat olub.

Kommersant.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 8,6 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən ümumi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3938,6 manat, qeyri neft-qaz sektorunda 1050,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1080,8 manat, özəl müəssisələrdə isə 1124,4 manat olub.