USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların cəmi aktivlər üzrə - RENKİNQİ

02.08.2019 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən bankların hesabatına görə ən çox və ən az cəmi aktivə sahib olan banklar məlum olub.

"Kommersant.az" xəbər verir ki, bu ilin ilk yarısında ən yüksək cəmi aktivə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) sahib olub. Belə ki, ABB-nin cari ilin ikinci rübündə cəmi aktivi 8 mlrd. 487 mln. 726 min manat olub.

Siyahı üzrə ən çox cəmi aktivə sahib olan ikinci bank isə "Pasha Bank" olub ki, onun da cəmi aktivi cari rübdə 4 mlrd. 430 mln. 357 min manata düşüb.

3 mlrd. 663 mln. 211 min manatlıq cəmi aktivlə "Kapital Bank" siyahıda üçüncü yerdə qərarlaşıb. Bankın bazarda yüksək tələbata sahib olan "Birkart" məhsulu "Kapital Bank"ın gələcək rüblərdə daha da yüksək aktivlərə sahib olacağından xəbər verir.

Qeyd edək ki, özünü ölkənin ən böyük üçüncü bankı kimi qələmə verən "Xalq Bank" aktivlərinə görə özünü ilk üçlüyə daxil edə bilməyib.

10 mln. 294 min manatlıq cəmi aktivlə "Pakistan Milli Bankı"nın Bakı filialı siyahıda ən sonda qərarlaşıb.

Bankın Adı

Cəmi Aktivlər

I Rüb

II Rüb

Access Bank

800 134

811 647

AFB Bank

373 530

423 672

AG Bank

495 169

417 620

Amrah Bank

202 121

201 980

Ata Bank

579 223

571 239

Azərbaycan Beynəlxalq Bankı

8 461,264

8 487,726

Azərbaycan Sənaye Bankı

903 669

916 160

Azər Türk Bank

330 167

336 009

Bank Avrasiya

155 347

195 897

Bank of Baku

270 630

291 237

Bank BTB

291 088

303 772

Bank Respublika

1 086,039

1 215,808

Bank VTB (Azərbaycan)

151 521

144 430

Express Bank

322 438

348 662

Günay Bank

181 695

224 249

Xalq Bank

2 214,353

2 135,272

Kapital Bank

3 584,384

3 663,211

Melli İran Bankı (Bakı filialı)

104 152

96 981

Muğan Bank

524 083

587 224

Naxçıvan Bank

191 952

215 763

NBC Bank

288 374

293 711

Nikoil Bank

422 953

429 027

Pakistan Milli Bankı (Bakı)

10 589

10 294

Pasha Bank

4 647,941

4 430,357

Premium Bank

654 123

648 760

Rabitə Bank

717 955

611 404

Turan Bank

500 171

510 934

Uni Bank

736 461

799 494

Yapı Kredi Bank (Azərbaycan)

385 160

408 917

Ziraat Bank (Azərbaycan)

219 739

194 159