USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank sistemi sağalmasa, ÜDM-də ciddi problemlər yarana bilər"

31.05.2018 Bank
0 0
"Biz bank sistemində sağlamlaşdırmaya nail olmasaq, ÜDM-də ciddi problemlər yarana bilər"

Bunu millət vəkili Vahid Əhmədov bildirib.

O qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsinin icrasında diqqət çəkən müsbət məqamlar Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertin kəskin azalması, manatın məzənnəsinin qorunub saxlanmasıdır.

“Buna baxmayaraq bəzi məqamlara diqqət çəkmək istəyirəm. Ölkədə 30 bank var və ötən il bu bankların yalnız 5-6-da kapitallaşma həyata keçirilib. Qalan banklarda biz kapitallaşmasının şahidi olmadıq. Demək olar ki, ötən il bankların sağlamlaşdırılması prosesi faktiki olaraq həyata keçirilməyib. Biz bank sistemində sağlamlaşdırmaya nail olmasaq, ÜDM-də ciddi problemlər yarana bilər,” – deyə V. Əhmədov bildirib.