USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar ən çox bu aylarda qazanıb

31.08.2019 Bank
0 0
Azərbaycanda bank sektorunun ən çox qazanc əldə etdiyi və zərər etdiyi aylar məlum olub.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ildə banklar üçün hələlik ən yaxşı ay apreldir.

Həmin ay bank sektoru ümumilikdə 224 milyon manat mənfəət əldə edib. Sonrakı yaxşı göstərici iyunda qeydə alınıb – 107,6 milyon manat mənfəət olub.

Bank sektorunun itirdiyi aylar isə may və iyuldur. Həmin aylarda bankirlər müvafiq olaraq 22,1 milyon manat və 27,2 milyon manat zərər ediblər.

Qeyd edıək ki, bank sektoru ilk 7 ayı ümumilikdə 406,2 milyon manat mənfəətlə başa vurub.

Bank sektorunun mənfəət-zərər göstəricisi ( yanvar-iyul, 2019)

Aylar üzrə

Mənfəət – zərər

Yanvar

42,6 mln manat

Fevral

6,6 mln manat

Mart

74,7 mln manat

Aprel

224 mln manat

May

- 22.1 mln manat

İyun

107,6 mln manat

İyul

-27.2 mln manat

Yanvar-iyul

406,2mln manat