USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur Koreya şirkəti Azərbaycandan gedir

31.08.2019 İqtisadiyyat
0 0
Koreyanın məşhur şirkəti - «POSCO INTERNATIONAL CORPORATİON» Azərbaycandan gedir.

"Kommersant.az" xəbər verir ki, "POSCO INTERNATIONAL CORPORATİON" şirkətinin Azərbaycan Respublikasindaki filiali ləğv olunduğunu elan edib. Şirkətdən verilən açıqlamaya görə, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, mənzil ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Cənubi Koreyanın ən böyük biznes qruplarından olan «POSCO INTERNATIONAL CORPORATİON» bir qədər əvvəl ölkəmizdə uzun çəkən məhkəmə prosesi ilə üzləşmiş, bu proses 2019-cu ilin aprelində Konstitusiya Məhkəməsinə qədər davam etmişdi. KM-in qərarı ilə Ali Məhkəmənin Koreya şirkəti ilə bağlı qərarı ləğv edilmişdi.