USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital bank"ın mənfəəti 100 milyon manata çatdı - HESABAT

16.10.2019 Bank
0 0
"Kapital Bank" cari ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bank bu ilin 3-cü rübünü100 milyonluq mənfəətlə başa vurub.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Kapital Bank"ın cəmi aktivləri 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 550 mln. 14 min manat artaraq 4 mlrd. 7 mln. 548 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 481 mln. 445 min manat artaraq 3 mlrd. 615 mln. 485 min manata yüksəlib. "Kapital Bank"ın cəmi kapitalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 65 mln. 569 min manat artaraq 392 mln. 63 min manata bərabər olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

Bankın müştərilərə verdiyi kreditlər 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 341 mln. 241 min manat artaraq 1 mlrd. 721 mln. 511 min manata yüksəlib. Bu da bankın cəmi aktivlərinin artmasına gətirib çıxarıb. Bankın cəmi öhdəliklərinin artmasının əasas səbəbi isə ötən ilin eyni dövrü ilə müqayisədə depozit portfelinin 518 mln. 737 min artaraq 3 mlrd. 193 mln. 557 min manata yüksəlməsidir.

ƏMƏLİYYAT MƏNFƏƏTİ

"Kapital Bank"ın xalis faiz gəliri 69 mln. 403 min manat artaraq 245 mln. 678 min manata, qeyri-faiz gəlirinin 2 mln. 544 min manat artaraq 113 mln. 274 min manata, qeyri-faiz xərclərinin isə 29 mln. 829 min manat artaraq 150 mln. 471 min manata yüksəlib. Buna görə də bankın xalis əməliyyat mənfəəti 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 42 mln. 118 min manat artaraq 208 mln. 481 min manata çatıb.

"Kapital Bank"ın xalis mənfəəti 28 mln. 562 min manat artaraq 99 mln. 654 min manata bərabər olub. Bundan başqa bankın tutumlardan sonrakı məcmu kapitalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 62 mln. 627 min manat artaraq 357 mln. 928 min manata yüksəlib.