USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Bank" müştəri depozitlərini itirir - HESABAT

16.10.2019 Bank
0 0
"Paşa Bank" cari ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bank 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 64 milyon 596 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 167 min manat və ya 28% çoxdur.

"Kommersant.az" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, "Paşa Bank"ın cəmi aktivləri ötən ilin 3-cü rübü ilə müqayisədə 51 mln. 315 min manat artaraq 4 mlrd. 383 mln. 325 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 26 mln. 349 min manat azalaraq 3 mlrd. 914 mln. 216 min manata enib. "Paşa Bank"ın cəmi kapitalı 2018-ci iilin eyni dövrü ilə müqayisədə 77 mln. 664 min manat artaraq 469 mln. 109 min manata çatıb.

DEPOZİT PORTFELİ AZALIB

Bankıb müştərilərinə verdiyi kreditlər 537 mln. 549 min manat artaraq 1 mlrd. 681 mln. 818 min manata çatıb. Bu da birbaşa olaraq bankın cəmi aktivlərinin artmasına səbəb olub. "Paşa Bank"ın cəmi öhdəliklərinin azalmasının əsas səbəbi isə bankın müştərilərinə qarşı inam itirməsidir. Belə ki, bankın müştəriləri qarşısında öhdəlikləri (depozit) 2018-ci ilin 9 ayı ilə müqayisədə 292 mln. 125 min manat azalaraq 3 mlrd. 331 mln. 614 min manata enib.

FAİZ GƏLİRLƏRİ

"Paşa Bank"ın xalis faiz gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 81 mln. manat artaraq 115 mln. 656 min manata, qeyri-faiz gəlirləri 42 mln. 575 min manat artaraq 51 mln. 765 min manata, qeyri-faiz xərcləri isə 59 mln. 543 min manat artaraq 78 mln. 596 min manata çatıb. Bu da bankın xalis əməliyyat mənfəətini 88 mln. 816 min manata çatdırıb ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 66 mln. 12 min manat çoxdur. "Paşa Bank" əməliyyat mənfəətindən 13 milyon 89 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, həmçinin 11 milyon 114 min manat mənfəət vergisi ödəyib. Nətcədə, Bankın 64 milyon 596 min manat xalis mənfəəti yaranıb.

"Paşa Bank"ın xalis mənfəəti 2018-ci ilin 9 ayı ilə müqayisədə 36 mln. 329 min manat artaraq 64 mln. 596 min manata bərabər olub.

Bankın məcmu kapitalı isə 34 mln. 945 min manat artaraq 304 mln. 226 min manata çatıb.