USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ata Bank" 3-cü rübü mənfəətlə başa vurdu - HESABAT

16.10.2019 Bank
0 0
"Ata Bank" 2019-cu ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bank yanvar-sentyabr dövründə 137 mln. 466 min manatlıq məcmu kapitala sahib olub.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Ata Bank" ın cəmi aktivləri cari ilin 3-cü rübündə 532 mln. 74 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 389 mln. 438 min manata, cəmi kapitalı isə 142 mln. 636 min manata bərabər olub.

"Ata Bank"ın müştərilərinə verdiyi kreditlər 374 mln. 712 min manat, müştəri depozitləri isə 286 mln. 268 min manat olub. Cari ilin yanvar-sentyabr ayları ərzində bankın xalis faiz gəliri 7 mln. 16 min manat, qeyri-faiz gəliri 3 mln. 484 min manat, qeyri-faiz xərcləri isə 15 mln. 470 min manata bərabər olub.

"Ata Bank"ın mənfəəti 22 min manat olub. Bankın məcmu kapitalı isə 137 mln. 466 min manata çatıb.