USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir bank zərərini açıqladı - HESABAT

16.10.2019 Bank
0 0
"Pakistan Milli Bankı"nın Bakı filialı 2019-cu ilin 3-cü rübünə olan zərərini. Belə ki, Bank cari ilin yanvar-sentyabr aylarını 297 min manatlıq zərərlə başa vurub.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Pakistan Milli Bankı"nın Bakı filialının cəmi gəlirləri 300 min manat, cəmi xərcləri isə 647 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 347 min manat əməliyyat zərəri yaranıb. Ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 50 min manatının azad olması hesabına zərər 297 min manata düşüb.

30 Sentyabr 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı filialı 10 milyon 425 min manat cəmi aktivlərə malik olub.