USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika”nın sədrinə müşavir təyin olunub

16.10.2019 Bank
0 0
Yaşar Kərimov “Bank Respublika”nın Biznesin İnkişafı və Rəqəmsal Transformasiya üzrə İdarə Heyətinin Sədrinin müşaviri təyin olunub.

Bu barədə “Bank Respublika” məlumat yayıb.

Qeyd edilib ki, ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” daha bir peşəkar mütəxəssisi komandasına cəlb etməklə işçi heyətini gücləndirməyə davam edir.

Bank sahəsində böyük təcrübəyə malik olan Yaşar Kərimov, daha öncə müxtəlif vaxtlarda “Expressbank”da İnformasiya texnologiyaları, Biznesin inkişafı və Pərakəndə Bankçılıq Departamentlərinin rəhbəri olub.

O, 2005-ci ildə Marketinq ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini bitirib.