USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Sənaye Bankı" müştərilərini itirir - HESABAT

16.10.2019 Bank
0 0
"ASB Bank" cari ilin 9 ayı üzrə hesabatını açıqlayıb. Hesabata görə bankın depozit portfeli əriyib.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Azərbaycan Sənaye Bankı"nın cəmi aktivləri ötən ilin 3-cü rübü ilə müqayisədə 67 mln. 536 min manat azalaraq 939 mln. 661 min manata enib. Bundan başqa bankın cəmi öhdəlikləri ötən ilin analoji dövrü ilə müqayisədə 71 mln. manat azalaraq 840 mln. 977 min manata düşüb. Bütün bunlara baxmayaraq bankın cəmi kapitalı cuzi artıb. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə bankın cəmi kapitalı 3 mln. 455 min manat artaraq 98 mln. 684 min manata bərabər olub.

DEPOZİT PORTFELİ AZALIB

"Azərbaycan Sənaye Bankı"nın müştərilərinə verdiyi kreditlər 2018-ci ilin 9 ayı ilə müqayisədə 27 mln. 688 min manat artaraq 314 mln. 685 min manata çatıb. Buna baxmayaraq bankın cəmi aktivləri azalıb. Bankın cəmi öhdəliklərinin azalmasının əsasə səbəbi isə depozit portfelinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 13 mln. 262 min manat azalamasıdır. Belə ki, sözügedən bank cari ilin 9 ayı ərzində 670 mln. 801 min manatlıq depozitə sahib olub.

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

Bankın faiz gəlirləri 895 min manat artsa da , qeyri-faiz gəlirləri 3 mln. 425 min manat azalıb. "Azərbaycan Sənaye Bankı"nın qeyri-faiz xərcləri 719 min manat artıb. Beləliklə bank 2019 -cu ilin 9 ayı ərzində 8 mln. 680 min manat xalis əməliyyat mənfəətinə sahib olub ki, bu rəqəm 2018-ci ilin 9 ayında 5 mln. 79 min manat olub.

Bankın xalis mənfəəti 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1 mln. 941 min manat azalaraq 6 mln. 646 min manata çatıb. Bundan başqa "ASB"nin məcmu kapitalı 22 mln. 455 min manat artaraq 88 mln. 720 min manata bərabər olub.