USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşib

17.10.2019 Bank
0 0
Rusiya Baş Prokurorluğu saxta pul kəsənlərin yeni metodu ilə bağlı məlumat yayıb.

Burada onların bankomatların süzgəcindən necə rahat keçməsi haqda danışılır.

Bizimyol.info xəbər verir ki, saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşib. Rusiya Baş Prokurorluğunun məlumatına görə, qanunu pozanlar əsginasların üzərinə xüsusi lent yapışdırır. Bu halda bankomat gerçək pulu saxtasından ayıra bilmir. Beləcə, minlərlə dolları rəsmiləşdirirlər. Sonra rahatca başqa bankomatdan kart hesabındakı məbləği əsl əsginaslarla çıxarmaq olar.

Nəzarət palatasının əməkdaşı Yelena Malıkın dediyinə görə, bu yolla Rusiya bank sektoruna böyük zərbə vurulur. Təkcə keçən il yeni üsulla 154 milyon rubl (təxminən 2,5 milyon dollar) nağdlaşdırılıb.

Rusiya Mərkəzi Bankı isə bu qədər narahat deyil. Bankdan deyirlər ki, son bir ildə saxta pulların dövriyyəsi 15 faiz azalıb. Pul kəsənlər daha çox böyük əsginaslara üstünlük verirlər.