"Banklarda sığortalanan əmanatlərə limit qoyulmalıdır" - AÇIQLAMA

19.12.2019 Bank
Azərbaycanda sığortalanan bank əmanətlərinin məbləğinə limit qoyulmalı və sığortalanan əmanət faizi aşağı salınmalıdır.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında VTB Bank Azərbaycanın idarə heyətinin sədri Yevgeni Kirin bildirib:

"Sığortalanan əmanət faizlərinin yüksək olması kredit faizlərinin də aşağı düşməsinə mane olur. Əmanətlərin böyük qismi 30-40 min manat arasında olan vəsaitlərdir. Sığorta isə məhz belə əmanətlərin qorunmasına xidmət etməlidir. Ümumilikdə sığortalanan bank əmanətlərinin məbləğinə limit qoyulmalı və sığortalanan əmanət faizi aşağı salınmalıdır".