USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fiziki şəxslər ASB-dəki əmanətlərini götürüb

13.04.2026 Bank
0 0
Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə cəmi öhdəliklərini 58 milyon 239 min manat artıraraq 756 milyon 101 min manat edən “Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) fiziki şəxslərdən topladığı əmanətləri 8 milyon 409 min manat azaldaraq 305 milyon 567 min manata endirib.

Kommersant.az xəbər verir ki, bankın hüquqi şəxslərdən topladığı əmanətlər isə 3 ay ərzində 53 milyon 306 min manat artaraq 214 milyon 909 min manata yüksəlib. Buna görə də ASB-nin depozit portfeli 44 milyon 899 min manat artaraq 520 milyon 479 min manata bərabər olub.