“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) 2026-ci ilin sonunda xalis mənfəətini 0.9 faiz və ya 17 min manat azaldıb.
Kommersant.az bankın faiz gəliri 1 milyon 724min manat artaraq 10 milyon 962 min manata, faiz xərcləri isə 1 milyon 314 min manat artaraq 5 milyon 968 min manata çatıb. Buna görə də ASB-nin xalis faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 409 min manat artaraq 4 milyon 993 min manata bərabər olub.
ASB-nin qeyri-faiz gəliri 182 min manat artaraq 4 milyon 2 min manata, qeyri-faiz xərcləri isə 639 min manat artaraq 6 milyon 771 min manata yüksəlib. Yekunda bankın əməliyyat mənəffəti ötən ilin analoji dövrü ilə müqayisədə 47 min mnata və ya 2.06 faiz azalaraq 2 milyon 224 min manata düşüb.