USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların nə qədər dollar alıb-satdıqları açıqlandı - Dollara tələbat artıb, yoxsa azalıb?

30.01.2020 Bank
0 0
Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, statistikaya görə, 2019-cu ilin dekabr ayında banklar tərəfindən nağd 169 milyon 893 min dollar alınıb, 352 milyon 393 min dollar satılıb. 2018-ci ilin dekabr ayında isə banklar tərəfindən 173 milyon 329 min dollar alınıb, 584 milyon 219 min dollar isə satılıb. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin dekabr ayında dolların alışı 2% azalıb, satışı isə 40% azalıb.

Dekabr ayında banklar tərəfindən 16 milyon 662 min avro alınıb, 48 milyon 25 min avro satılıb. 2018-ci ilin analoji dövrüylə müqayisədə 2019-cu ildə banklar tərəfindən alınan avronun sayında 81% və ya 5 dəfə azalma, satışında isə 32% artım müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2019-cu ilin dekabr ayında 1,536 min funt sterlinq alınıb və 3,963 min funt sterlinq isə satılıb.

Banker.az