USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Orta aylıq əməkhaqqı ötən il 10% artıb - NAXÇIVANDA

30.01.2020 Bank
0 0
2019-cu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricidən 10,5% çoxdur.

"Kommersant.az" xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

2019-cu ildə muxtar respublikada 3250 yeni iş yeri yaradılıb ki, bu da 2018-ci ilin göstəricisindən 15% çoxdur.

APA