USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank əməliyyat risklərini sığortalamaq üçün tender keçirir

21.02.2020 Bank
0 0
Yelo Bank 2020-ci il üçün Bankers Blanket Bond (BBB) əməliyyat risklərinin sığortalanması üzrə acıq tender elan edir.

"Kommersant.az" xəbər verir ki, bankın yaydığı elanda deyilir ki, sığorta predmeti qismində sığortalının maliyyə əməliyyatları nəticəsində itkiyə maruz qala biləcəyi əmlak çıxış edir.

Aşağıdakı risklər sığorta olunmalıdır:

İşçı dələduzluğu/Employee dishonesty
Əmlak/On Premises
Daşınma/In Transit
Saxtalaşdırılmış çeklər/Forgery or Alteration
Saxtalaşdırılmış qiymətli kağızlar/Securities
Saxtalaşdırılmış valyuta/Counterfeited Currency
Ofis və içindəkilər/Offices and Contents
Hüquqi və məhkəmə xərcləri/Court Costs, Legal Counsel Fees and Legal Expenses
Kompüter sistemləri/Computer Systems
Prosesinq şirkətinin fəaliyyəti/Assured’s Service Bureau Operations
Elektron kompüter proqramları/Electronic Computer Instructions
Elektron məlumat bazası və daşıyıcılar/Electronic Data and Media
Kompüter virusları/Computer Virus
Elektron rabitə vasitələri/Electronic Communications
Elektron ötürmələr/Electronic Transmissions
Elektron qiymətli kağızlar/Electronic Securities
Saxtalaşdırılmış şifahi göstərişlər nəticəsində itkilər/Voice Initiated Transfers
Bildiririk ki, təkliflərin qəbulu 21 fevral 2020-ci il tarixdə başlayır və 28 fevral 2020-ci il tarixdə yekunlaşacaq.

Fevralın 28-dək aşağıdakı məlumatlar təqdim edilməlidir:

Tenderdə iştirak üçün yazılı müraciət
İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
Azərbaycan dilində tender təklifi
Sənədlər tender təklifi ilə birlikdə 28 fevral 2020-ci il tarixinə saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən Yelo Bankın baş ofisinə təqdim edilməlidir.

Əlavə suallarınız yaranarsa, 981 nömrəsi (dax. 1993, Fidan Kərimova) ilə əlaqə saxlaya bilərsiniz.